Rusiya prezidentini təhqir edən gürcüstanlı jurnalist Georgi Qabuniya işdən azad edilib.
"RİA Novosti" xəbər verir ki, bunu Gürcüstanın "Rustavi 2" teleşirkətinin yeni baş direktoru Paata Saliya deyib.
Onun sözlərinə görə, teleşirkətdəki bir sıra jurnalistlər, o cümlədən, G.Qabuniya işdən azad olunublar.
Xatırladaq ki, G.Qabuniya iyulun 7-də "P.S." proqramına V. Putininin ünvanına söyüş söyməklə başlamışdı.