"Instagram" sosial şəbəkəsi istifadəçilərə şübhəli məzmun haqqında xəbərdarlıq bildirməyə icazə verən yeni funksiyanı işə salacaq.
"Poynter" xəbər verir ki, şübhəli məzmun barədə məlumat vermək üçün postun sağ yuxarı küncündəki "üç nöqtə" ilə işarələnən menyuda yeni opsiya əlavə olunacaq.
Ekspertlər saxta xəbər haqqında bildirişdən sonra materialı yoxlayacaqlar.
Düzgün olmayan informasiyanı özündə saxlayan postlar silinməyəcək, amma onların yayılmasına qadağa qoyulacaq.