Yaponiyada son bir həftə ərzində sərt istidən 23 nəfər ölüb, 12,7 min insan xəstəxanaya düşüb.
“RİA Novosti” xəbər verir ki, ölkənin Baş yanğından mühafizə idarəsi avqustun 5-11-nə olan hesabatı ilə bölüşüb.
Ən çox zərər çəkən paytaxt Tokioda qeydə alınıb – 1460 nəfər.
Ekspertlərin bildirdiyinə görə, yüksək hava temperaturu hələ iki həftə davam edəcək. Bununla əlaqədar əhaliyə küçədə az gəzmək, sudan və kondisionerlərdən istifadə etmək məsləhət görülür.