Britaniyanın Telford şəhərində evli cütlük akvariumu təmizləyərkən toksik maddədən zəhərlənib.
“The Independent” xəbər verir ki, buna səbəb akvariumda yaşayan korall olub.
Onu təmizlədikdən sonra cütlüyün qızdırması qalxıb və onlar boğazlarında ağrı hiss ediblər. Ailəni uşaqları ilə birlikdə xəstəxanaya yerləşdiriblər.
Məlumata görə, korall müdafiə məqsədi ilə “palitoksin” adlı sərt zəhər buraxır. Bu zəhər damara birbaşa düşdükdə insanı bir necə dəqiqə ərzində öldürə bilər.