İsrailin Havadan Müdafiə Qüvvələrində xidmət keçən 30 əsgər onkoloji xəstəliklərdən əziyyət çəkir.
“MIGnews.com” xəbər verir ki, bu haqda İsrailin 13-cü TV kanalının müxbiri Adam Şafir məlumat yayıb.
O bildirib ki, xərçəngə düçar olanların əksəriyyəti “Dəmir günbəz” raketlərdən müdafiə qurğularının heyətində olublar.
Əsgərlər xəstəliklərinin hərbi xidmətlə bağlılığının olub-olmamasını araşdırmağı hökümətdən tələb edirlər.
Ehtimal olunur ki, radarların şüası xərçəngə səbəb olub.