Qırğızsıtan Respublikasının xüsusi təyinatlıları sabiq prezident Almazbek Atambayevin Koy-Toş kəndindəki evinə hücum ediblər.
“RİA Novosti” xəbər verir ki, A.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinin qarşısında barrikada quraraq xüsusi təyinatlılara mane olmaq istəyib.
Qarşıdurma nəticəsində 1 nəfər ölüb, 43 nəfər yaralanıb. Sabiq prezidenti ələ keçirmək mümkun olmayıb.
A.Atambayev çıxış edərək hadisənin baş verməsində ölkə rəhbərliyini günahlandırıb:
“Məni tutmağa “Alfa” antiterror dəstəsi göndərilib. Məyər biz terrorçuyuq? Bura dinc əhali gəlib, çoxu mənimlə şəkil çəkdirməkdən ötrü. Günahsız insanlar yaralanıb. Bu hazırkı rəhbərliyin qəddarlığını göstərir”.
A.Atambayev 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edən A.Atambayev korrupsiyada ittiham edilir. Bu ilin iyununda parlament keçmiş prezidenti toxunulmazlıqdan məhrum edib. Məhkəmə təqsirini sübuta yetirsə, onu ömürlük həbs cəzası gözləyir.