Əfqanıstanın şimalında, Kabildə törədilmiş partlayış nəticəsində azı beş nəfər ölüb, daha yeddi nəfər yaralanıb.
Median.Az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, partlayıcı qurğu küçələrin birində saxlanılmış velosipedə bərkidilib və Əfqanıstan DİN-in Narkotiklərlə Mübarizə İdarəsinə məxsus avtomaşın yaxınlıqdan keçəndə partladılıb.
Nazirlik hələlik öz əməkdaşları arasında ölən və ya yaralananların olması barədə açıqlama yaymayıb. Partlayışa görə heç bir radikal qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.