ABŞ-ın Ohayo ştatının Deyton şəhərində dəhşətli cinayət törədən və çox sayda insanın ölümünə səbəb olan şəxslə bağlı dəhşətli faktlar müəyyənləşib.
Baku.ws BBC-yə istinadən xəbər verir ki, barda insanlara silahlı hücum təşkil edən şəxsin kimliyi müəyyən edilib. Ətrafa silahlı atəş açaraq, insanları qıran Connor Bettsin keçmişi barədə araşdırma aparılıb.
Cinayətkar Bettsin əvvəllər təhsil aldığı liseydən qovulduğu müəyyənləşib. Onun təhsil müəssisəsindən qovulmasına isə 2 sinif yoldaşına təcavüz etməsi səbəb olub.
Onun təhsil aldığı liseydə zorlama və qətl siyahısı olub. Bettas ilə birlikdə təhsil alan qızlardan biri bildirib ki, o da cinayətin qurbanı olub.
“Zorlanan qızların siyahısında mənim də adım olub. Digər tələbələrə də şiddət və təzyiqlər edirdi. Çoxu ondan uzaq qaçırdı. İnsanları alçatmaqdan və qorxutmaqdan həzz alırdı”, - deyə Betts bildirib.
Onun törədəcəyi cinayəti 2012-ci ildən planlaşdırırmış. Həmin dövrdə onun təhsil aldığı liseydə tələbələrin çoxu Bettsdən qorxurmuş. Onun təhdid etdiyi gün isə 900 tələbə liseyə getməyib.
Bettisin dostu 23 yaşlı Hannah Şovs “Amerikan Associated Press” agentliyinə bildirib ki, təcavüzə uğrayan qızların siyahısı əvvəldən hazırlanırmış.
“Tələbəlik illərində Betts əlində silah tutmuş kimi gəzir və xoşlamadığı insanları hədəfə alırdı. Qızları qorxudurdu.
Bəzi qızlardan xoşu gəlirdi və onlarla cinsi əlaqədə olmaqdan həzz alırdı. Zorladığı və təcavüz edəcəyi qızların siyahısını əvvəldən hazırlayırdı”, -deyə Hannah Şovs bildirib.
Digər sinif yoldaşları isə Bettsin belə iş tutacağını ağıllarına belə gətirməyiblər:
“10 il birlikdə olan insanın belə rahatlıqla insanları güllələyəcəyini düşünmək həqiqətən də adamı dəhşətə gətirir”, - deyə onu tanıyanlar bildiriblər.
Keçmiş yoldaşları onun silahla belə peşəkarcasına davranmasını maraqla qarşılayıblar.
Çox qəribədir ki, Bettsi tanıyan bəzi insanlar onun çox yaxşı biri kimi xatırlayırlar.
Onun sinif yoldaşı olan Brad Hovard bildirib ki, Betts çox yaxşı uşaq olub:
“Betts düşünmədiyiniz qədər yaxşı uşaq idi. Şiddətdən danışdığını və yaxud irqçiliyi dəstəklədiyini heç eşitməmişəm. Bundan başqa, o çox ağıllı və savadlı biri idi”.
Qeyd edək ki, Bettsin haqqında belə fərqli fikirlərin olması ABŞ polisini və cinayəti araşdıran hüquq-mühafizə orqanlarını çaş-baş qoyub.
Xatırladaq ki, avqustun 4-də Ohayo ştatının Deyton şəhərində bir nəfər silahlı şəxs insanlara atəş açmağa başlayıb. Nəticədə 10-dan çox insan ölüb, 30-a yaxın adam yaralanıb.