Ukrayna Prezidenti Vladimir Zelenskinin saytında Ukrayna ilə Rusiya arasında təyyarə uçuşlarının bərpa olunmasını xahiş edən petisiya yerləşdirilib.
Median.Az teleqraf.com-a istinadən bildirir ki, petisiya müəllifləri aviareyslərin ləğvindən əsasən ukraynalıların əziyyət çəkdiklərini bildiriblər:
"Aviasiya əlaqələrinin ləğvindən əsasən ailələrini görə bilməyən ukraynalılar əziyyət çəkirlər".
Petisiya iyulun 25-də yerləşdirilib. Hal-hazıradək petisiyaya 76 nəfər səs verib. Lakin petisiyanın Ukrayna Prezidentinin ofisində baxılması üçün ona 25 min səs verilməlidir.
Daha əvvəl Ukrayna Prezidentinin saytında Krıma qatarla getmək imkanının yaradılmasını xahiş edən petisiya yerləşdirilmişdi.
Krım Parlamentinin vitse-spikeri Yefim Fiks bu çağırışları "çox müsbət hal" adlandırıb.