Türkiyənin Antalya şəhərinin Kemer rayonunda turistləri aparan avtobus dərəyə aşıb. İlkin məlumata görə çox sayda yaralı var.
Median.Az Trend-ə istinadən bildirir ki, qəzanın sürücünün idarəetməni qəfil itirməsi nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə çox sayda təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.