Tehranda baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.
Median.Az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Al-Sumaria” telekanalı məlumat yayıb.
Telekanalın mənbəyinə görə, insident İran paytaxtının şimalındakı meydanların birində qeydə alınıb.
Hadisənin digər təfərrüatları və səbəbləri barədə hələlik bir məlumat verilməyib.