Maliyyə, hesab və audit sahəsində mütəxəssisləri birləşdirən ACCA assosiasiyası biznesdə kibertəhlükəsizlik problemlərinə həsr edilmiş araşdırmanın nəticələrini elan edib.
Median.Az “ictnews”a istinadən xəbər verir ki, ekspertlərin proqnozuna görə, 2021-ci ilədək şirkətlər kibercinayətkarlarla mübarizəyə təxminən 6 trilyon dollar xərcləyəcək.
Araşdırma nəticəsində məlum olub ki, maliyyə mütəxəssislərinin hamısı kibertəhlükəsizlik məsələsini risk amillərinə aid etmir və çox vaxt onun məsuliyyəti yalnız İT mütəxəssislərinin üzərinə düşür.
Araşdırma zamanı rəyi öyrənilmiş maliyyə direktoru və maliyyə departamentləri rəhbərlərinin təxminən 60%-i hesab edirlər ki, kibertəhlükəsizlik 5 ən mühüm biznes risklərindən biridir.