Putindən gürcü jurnalistə cavab: Onun üçün böyük şərəf olardı » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |    

Putindən gürcü jurnalistə cavab: Onun üçün böyük şərəf olardı

Gürcüstan xalqına hörmətə görə və Gürcüstanla ikitərəfli münasibətlərin qorunması naminə bu ölkəyə qarşı sanksiya tətbiq etməyə dəyməz.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Dövlət başçısı gürcü jurnalist Georgi Qabuniyanın onun ünvanına təhqiramiz sözlər işlətməsi ilə bağlı yaranmış mübahisələrə də münasibət bildirib:

“Birisi özünü nəsə hesab edərək ortaya çıxıb. Heç kəs onun barəsində əvvəllər heç nə bilmirdi, indi isə hamı ondan danışır. Bu mənada, o, istəyinə nail olub”.

V.Putin qeyd edib ki, tarixi bilməyənlər Gürcüstanda Rusiya əleyhinə ab-hava formalaşdırırlar və nəticə etibarilə Gürcüstana zərər yetirirlər:

“Gürcüstanlı jurnalist Georgi Qabuniyaya qarşı cinayət işi açmaq onun üçün böyük şərəf olardı. Qoy, veriliş yayımlanmağa davam etsin”.

Xatırladaq ki, “Rustavi-2” telekanalının aparıcısı G.Qabuniya iyulun 7-də özünün müəllif verilişində Rusiya Prezidenti və onun valideynlərinin ünvanına təhqiramiz ifadələr işlədib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 152 09.07.19 21:26