“Amazon”un rəhbəri Ceff Bezos və həyat yoldaşı Makkenzi rəsmi olaraq boşandılar.
“Bloomberg” agentliyinin yaydığı məlumata əsasən, boşanma prosesinin başa çatması ilə C.Bezosun “Amazon” şirkətinin 19,7 milyon (4%) səhminin sabiq həyat yoldaşına ötürməsi proseduruna başlanılır.
Bu paket 38,3 milyard dollar məbləğində dəyərləndirilir ki, bu da Makkenzi Bezosun “Bloomberg” tərəfindən tərtib olunmuş dünyanın ən zəngin qadınlarının reytinqində 22-ci pillədə qərarlaşmasına imkan verir.
Xatırladaq ki, “Amazon” dünyanın ən iri onlayn mağazasıdır.