Gürcüstanın paytaxtı Tbilisidə ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyası keçirilir.
Median.Az report-a istinadən xəbər verir ki, 14-cü gündür davam edən aksiyanın tələbi dəyişməz olaraq qalır.
Aksiyaçılar daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər. Təşkilatçılar DİN rəhbəri istefa verənə qədər aksiyaları davam etdirəcəklərini bildiriblər.