Gecə saatlarında İsrail Mərkəzi Seçki Komissiya Knessetin 21-ci çağırışı üçün keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb.
İsrail MSK-nın saytında yer alan məlumata görə, nəticələrə əsasən, birinci yeri hazırkı baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası tutub və onlar parlamentdə 36 mandata sahib olacaq.
İkinci yeri 35 mandatla “Kaxol-Lavan”, üçüncü yeri isə səkkiz mandatla ŞAS tutub.
Nəticələrə görə, “Yəhudi tövratı” yeddi mandat, XADAŞ-TAAL altı mandat, “Avoda” altı mandat, NDİ beş mandat, “Sağ partiyalar ittifaqı” beş mandat, MERETS beş mandat, “Kulanu” dörd mandat və RAAM-BALAD dörd mandatla parlamentdə təmsil ediləcək.
“Yeni sağlar” (3,22%), “Zeut” (2,73%) və “Qeşer” (1,73%) partiyaları isə 3,25 faizlik baryeri keçə bilməyiblər.