Rusiya prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə S-400 zenit-raket sistemlərinin Türkiyəyə satışı müqaviləsinin reallaşdırmasını müzakirə edib.
Median.Az-ın məlumatına görə, bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.
"Rusiya və Türkiyənin hərbi-texniki sahədə əməkdaşlığının vəziyyəti, xüsusi halda S-400 zenit-raket sistemlərinin Türkiyəyə tədarükü müqaviləsinin reallaşdırıması müzakirə edildi", - deyə Putin danışıqların nəticəsi barədə danışarkən bildirib.
Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlıq çərçivəsində başqa cari və perspektivli layihələrdən də söhbət açılıb.