"Facebook" sosial şəbəkəsi qurucusu Mark Zukerberqin paylaşımlarını silib.
Median.Az xəbər verir ki, buna səbəb Zukerberqin paylaşımlarında şirkətlə bağlı əhəmiyyətli bilgilərin olmasıdır.
"Business Insider" nəşrinin xəbərinə görə, şirkətin qurucusu onun haqqında gizli bilgiləri ictimaiyyətlə paylaşdığı üçün "Facebook" bu paylaşımları yox edib.
Məsələ ilə bağlı şirkətin mətbuat katibi açıqlama verib. Mətbuat katibi iddiaları təkzib edib və paylaşımların texniki problem səbəbilə silindiyini deyib. Paylaşımların yenidən geri qaytarılması təminatının olmadığı üçün geri yüklənmə üçün müraciət göndərilməyib.
Xəbərdə, həmçinin, yox edilən paylaşımlar arasında "Instagram"ın alınması kimi şirkətin yaxın keçmişinə aid kritik bilgilərin olduğu da bildirilib. (publika.az)