Almaniyanın xarici işlər naziri Hayko Maas Suriyanın Əl-Baquz şəhərinin İŞİD terror təşkilatından azad olunmasını alqışlayıb, lakin ekstremistlərlə mübarizənin hələ bitmədiyini deyib.
TASS xəbər verir ki, bu barədə şənbə günü XİN-in mətbuat xidməti məlumat yayıb.
"İrəliyə mühüm addım atıldı. Bu uğura baxmayaraq, İŞİD-dən əhəmiyyətli dərəcədə təhlükə gəlməkdə davam edir. Nifrət və terrora qarşı mübarizəni davam etdirmək lazımdır", - deyə Maas bildirib.
Daha əvvəl Ağ ev Suriyanın tam olaraq İŞİD-dən azad olunduğunu bəyan edib.//report.az