Mojo.az Banner
16:15 Qaradağda icra başçısından sonra üç vəzifəli şəxs də işini itirdi  |     16:14 Ağdamda qadın bıçaqlandı - Əri saxlanıldı  |     16:06 Onlayn sifariş edilən məhsullar niyə gecikir? - Dövlət Gömrük Komitəsindən açıqlama (Video)  |     15:14 Goranboyda qadın öldürüldü, gəlini bıçaqlandı - Vətən müharibəsi qazisi saxlanıldı  |     15:08 Bakıda məşhur restoranda yanğın olub - Video  |     14:41 Gözətçi qoruduğu restorandan oğurluq etdi, məhkəməlik oldu  |     14:30 Bakıda hamilə dəm qazından boğulub öldü  |     14:21 BDYPİ: "Uzaq səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir"  |     14:05 Marneulidə toy kortejində baş vermiş qəzada xəsarət alan azərbaycanlı gənc öldü  |     14:04 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi vəfat edib  |     13:46 Bakıda Xalq artistinin oğlunu döydülər - FOTO  |     13:44 Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşündən paylaşım edib - Video  |     13:39 Minlərlə manatlıq qızılı götürüb maşınla qaçan şəxs tutuldu - Video  |     13:34 Ucarda avtomat satmaq istəyən şəxs tutulub  |     13:30 Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik  |     13:26 Sabah duman olacaq, külək əsəcək  |     13:20 Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı  |     13:13 Ağdamda qadın bıçaqlandı - Əri saxlanıldı  |     13:01 İşdən çıxarılan icra başçısını kim əvəz edir?  |     23:00 Tiktoker Müjgan polisə çağırıldı  |    
Left Banner
Right Banner

Qıza yazığı gəldi, oğurladığı pulu qaytardı - VİDEO

13.03.2019 16:20 4 739
Qıza yazığı gəldi, oğurladığı pulu qaytardı - VİDEO
Çində oğru qızın bank kartında vəsaitin qalmadığını görərək, oğurladığı pulu ona qaytarıb.

Hadisənin müşahidə kamerasına düşmüş görüntüsünü “Shanghaiist” informasiya portalı yayıb.

Kadrlarda qızın Qandun əyalətinin Xeyuan şəhərində bankomat qarşısında dayanaraq, kartından pul çıxardığını görmək olur. Naməlum şəxs əlində bıçaq ona yaxınlaşaraq, pulları verməsini tələb edib. Ölüm təhlükəsi ilə üz-üzə qalan qız oğruya 2500 yuanı verməli olub.

Oğru bununla kifayətlənməyərək, onun kartından daha çox pul çıxarmasını istəyib. O isə ekranı göstərərək, hesabında vəsaitin qalmadığını bildirib. Oğru gözlənilmədən pulları ona qaytararaq gülümsəyib və hadisə yerini tərk edib.

Ancaq oğrunun “alicənab jest”i onu məsuliyyətdən azad etməyib. Polis tezliklə onu həbs edib.


скачать dle 11.3