Mojo.az Banner
17:22 Bu ərazilərdə su olmayacaq  |     17:09 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar  |     17:00 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı, mərhumun oğlu saxlanıldı (Yenilənib)  |     16:26 Doqquzillik baza üzrə kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı  |     16:12 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ - FOTO  |     16:09 Yevgeni Kukseviç Azərbaycanda iki vəzifəsini itirdi  |     16:07 "Qarabağ" növbəti ayrılığı açıqladı - FOTO  |     16:06 Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ  |     15:47 Xaçmazda yük qatarının vurduğu şəxs öldü  |     15:22 "Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi  |     15:18 Nikolas Maduronun həbsdən ilk görüntüsü yayıldı: Xeyli arıqlayıb - FOTO  |     15:17 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb  |     15:10 Palma yağının gizli təhlükəsi: 3-MCPD nədir? - Ağa Salamov AÇIQLADI  |     15:03 İsmayıllıda evlərdən və istirahət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb  |     14:45 60 yaşlı kişi Bakıda hoteldə öldü  |     14:44 Əli Əsədov Oljas Bektenovu təbrik edib  |     13:32 Dünya bazarında qızıl ucuzlaşdı: Son birja rəqəmləri açıqlandı  |     13:21 Bahalaşma olacaq – Ərzaq qiymətləri ilə bağlı proqnoz  |     13:16 “Reels” izləmələk yuxunu və yaddaşı pozur – Həkim  |     12:52 Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır  |    
Left Banner
Right Banner

Minlərlə manatlıq qızılı götürüb maşınla qaçan şəxs tutuldu - Video

31.01.2026 13:39 450
Minlərlə manatlıq qızılı götürüb maşınla qaçan şəxs tutuldu - Video
Sumqayıt şəhəri ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, zərərçəkən 3700 manat dəyərində qızıl-zinət əşyalarını satmaq məqsədi ilə sosial şəbəkələrdə elan yerləşdirib. Bundan sonra bir nəfər telefon vasitəsilə onunla əlaqə saxlayıb və qızılları almaq istədiyini bildirib. Görüş zamanı isə şübhəli şəxs qızıl-zinət əşyalarını götürərək maşınla hadisə yerindən uzaqlaşıb.

Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən 23 yaşlı Ramin Tahirov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
скачать dle 11.3
Mojo.az Banner