Bakıda mənzildən 14 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.