Çexiyanın şərqində şir onu evində saxlayan sahibini parçalayıb.
Median.Az report-a istinadən bildirir ki, Mixail Prasekin cəsədini atası aşkarlayıb. Onun cəsədi şirin qəfəsində tapılıb. Hadisə yerinə gələn polis əməkdaşları yırtıcıları güllələyiblər.
Qeyd edilir ki, 33 yaşlı Prasek qəfəsin heyvanları üçün şəxsən tikib. Mixal Prasek 9 illik aslanı və daha bir dişi şiri evində böyüdüb. Yerli sakinlər buna görə onu bir neçə dəfə qınayıblar.
Hakimiyyət orqanları bir müddət əvvəl onu vəhşi heyvanları qanunsuz saxladığına görə cərimə ediblər.