Hindistanda “donuz qripi”nə yoluxma halları artıb.
Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Xəstəliklərə Nəzarət Milli Mərkəzindən verilən məlumatda martın 3-dək 2 min 500 nəfərin H1N1 virusuna yoluxduğu, 530 nəfərin isə öldüyü bildirilib.
Məlumata əsasən, 24 fevral-3 mart tarixində xüsusilə xəstələrin sayında artım müşahidə olunub və 17 min 366 nəfərdə virusun əlamətləri aşkarlanıb.