Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin tövsiyə edib ki, "Google" şirkətinin nümayəndəsi parlamentə dəvət edilsin.
Median.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb kimi "Google" internet-axtarış sisteminin xəritələrində Krım yarımadasının Rusiya ərazisi kimi qeyd olunmaması göstərilib. Volodinin fikrincə, bununla "Google" Rusiya Konstitusiyasını pozur.
"Google" şirkəti öz xəritələrində Krımı başqa dövlətin ərazisi kimi göstərir, bu gün isə bu, Rusiyanın ərazisidir. Bu, bizim Konstitusiyamızın pozulmasıdır, qanunlarımızın pozulmasıdır. Buna görə də, düzgün olardı ki, təhlükəsizlik komitəsi "Google" şirkətinin nümayəndəsini dəvət etsin və mövqeyimizi ona çatdırsın. Sonra isə qərar qəbul edilsin", - Volodin deyib.