Bolqarıstanda aralarında uşaqlar da olmaqla son bir həftədə qrip virusundan ölənlərin sayı 6 nəfərə çatıb.
Median.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin 12 şəhərində qriplə bağlı həyəcan təbili çalınıb, epidemiya halı aldığı elan edilib.
Bir çox şəhərdə, ümumilikdə 1071 məktəbdə yanvarın 27-nə kimi tədris dayandırılıb.
Yerli həkimlər qripin çox sürətlə yayıldığına, ölkədə durumun ciddi olduğuna diqqət çəkiblər. Virus immuniteti zəif olanlara - daha çox uşaq və yaşlılara təsir edir.