Ermənistan Dağlıq Qarabağla bağlı ilkin şərtlər olmadan Türkiyə ilə diplomatik əlaqələrin qurulmasına hazırdır.
Median.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.
“Biz hər hansı ilkin şərt olmadan Türkiyə ilə birbaşa əlaqələr qurmağa hazırıq. Lakin Türkiyə ilə münasibətlər Dağlıq Qarabağ məsələsi, üçüncü ölkə ilə əlaqəlidir. Azərbaycanı nəzərdə tuturam”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur. İki ölkə arasında sərhədlər 1992-ci ildən bağlıdır.