Moldova qaraçıları toylarını xüsusi canfəşanlıqla qeyd edir. Təbii ki, əgər pul varsa…
Onları təəccübləndirməyin çətin olduğunu düşünən Belsi sakinləri qaraçı baronunun 16 yaşındakı nəvəsinin dəbdəbəli toyunu gördükdən sonra belə fikirləşmirlər.
Gənclərin dediyinə görə, onlar Mariyanın 14 yaşı olanda internetdə tanış olublar. Vaxt keçdikcə aralarındakı münasibət daha da möhkəmlənib və bir gün 19 yaşlı Odissey Mariyanın evinə gedərək onu valideynlərindən istəyib.
Qaraçıların ənənələrinə görə bəy öz ciddiliyini sübut etmək üçün fidyə verməlidir. Valideynləri Odisseyin qızın ailəsinə 2 kiloqram qızıl təqdim etməli olduğu fikrindədir.
Lakin bəy Pasxa gecəsində Mariyanı qaçırdı və onu Rışkandakı evinə aparıb. 2 gün sonra isə Mariyanı bəyin yaxınları tapıb və ailəsinə geri qaytarıblar.
Mariya üçün gəlinlik İsraildə əllə tikilib. Geyim Swarovski daşları ilə bəzədildiyi və 10 kiloqram çəkisi olduğu üçün toy zamanı gəlinə çətin anlar yaşadib.
Belsıda keçirilən toy 3 gün davam edib. Sübhəsiz ki, bu tədbir uzun müddət şəhər sakinlərinin yaddaşlarından silinməyəcək.
Qeyd edək ki, Moldova Respublikasının ailə kodeksinə görə evlilik üçün ən aşağı yaş həddi 18-dir. Lakin bəzi səbəblərə görə bu həddi 2 yaş aşağı salmaq olur.(Milli.Az)