Mojo.az Banner
18:37 Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək - QƏRAR  |     18:31 Hantavirus otaq temperaturunda maksimum nə qədər "sağ qalır?" - Həkimdən AÇIQLAMA  |     18:22 Belçika millisinin DÇ-2026 üçün yekun heyəti bilindi  |     18:02 Maksimum balı təkcə o topladı  |     17:56 Paytaxtın hansı küçələrində sıxlıq var?  |     17:44 Türküstan Bəyannaməsi imzalandı  |     17:26 Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı yenilik  |     17:19 Əsgəran Silah Muzeyi yaradılır  |     17:04 Bakı-Ələt yolunda körpünün bir hissəsi ÇÖKDÜ - Video  |     16:46 164 min manatlıq dələduzluq edən qadın hakim qarşısında  |     16:34 14 nəfər imtahandan qovuldu, bir nəfər maksimum bal topladı  |     16:05 Azərbaycanda neçə qadın aliment verir?  |     16:00 Qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     15:52 On minlərlə məhbus cəbhədə: Rusiya həbsxanaları necə boşalır? - Yeni hesabat  |     15:35 İcra başçısı müavinini bu səbəbdən işdən çıxardı  |     15:33 Etibarnamə ilə maşın sürənlərin nəzərinə: Gələn aydan…  |     15:04 Qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib  |     14:47 Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi  |     14:45 Paytaxtda ictimai nəqliyyat bəzi şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ  |     13:29 Rusiya və Ukrayna 205 hərbçini dəyişdirdilər  |    
Left Banner
Right Banner

Alternativ “Facebook” yaradılır - Fərqli olacaq

27.04.2018 13:00 2 584
Alternativ “Facebook” yaradılır - Fərqli olacaq
Müasir dünyamızı sosial şəbəkələrsiz təsəvvür etmək mümkün deyil. Artıq hər kəs sosial şəbəkələrdə şəxsi foto və videolarını paylaşır, xəbər və statuslara şərhlər yazır, müxtəlif forma və məzmunda paylaşımlar edir. Lakin əhalinin yaşlı təbəqəsi sürətlə inkişaf edən texnoloji yeniliklərlə ayaqlaşmaqda çətinlik çəkir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu çətinlikləri nəzərə alaraq, vyanalı proqramçı Daniela Krautzak norveçli ortağı Siri Varren ilə "Kama" adlı mobil proqram (app) tərtib edib. Tərtibatçıların sözlərinə görə, ilk növbədə, ahıllar üçün düşünülmüş "Facebook" alternativi intuitivliyi ilə diqqəti cəlb edir. Mümkün qədər sadə interfeysə malik olan proqram xüsusilə böyük şrift və simvolları ilə yaşlı nəslin rahat işləməsini təmin edəcək. Eyni zamanda, proqram əlavəsində minimalizm də ön planda dayanır: diqqəti yayındıracaq bütün əlavə məlumatlar ixtisar edilərək, fotoların yaddaşda saxlanılması, paylaşılması, ailə üzvləri və dostlarla ünsiyyət və xəbərlərin paylaşılması sadələşdirilmiş şəkildə təqdim olunur.

Yaşlı əhalinin kiçik ölçülü smartfonlarla işləməsinin çətinliyini nəzərə alan tərtibatçılar proqram ayrıca tabletdə satışa çıxarmağı düşünürlər. Milad bayramınadək satışa çıxarılacaq tabletin qiyməti təxminən 500 avro təşkil edəcək və "Kama" mobil proqramı üçün hər bir istifadəçi aylıq 1,99 avro ödəməli olacaq.скачать dle 11.3
Mojo.az Banner