​Azərbaycanlı oliqarxın şəxsi təyyarəsini ABŞ-da müsadirə etmək istədilər – “DƏRHAL 20 MİLYON DOLLAR ÖDƏDİM” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Qadınla otelə getdi, başına bakal çırpdı - Məhkəmə qərarı  |     22:41 Keçmiş prezident həbs etmək üçün 7 min polis səfərbər ediləcək  |     22:35 Taksi sürücüsü başqasının kartından 1430 manatı necə çıxarıb? - İki gün sonra ələ keçdi  |     22:27 Yarım milyon vergi borcu olan şirkətin rəhbərinə “stop” qoyuldu  |     22:22 Boksçumuz dünya çempionatında Ermənistan təmsilçisinə qalib gəldi  |     22:16 Vladimir Putin Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif edib  |     22:08 Muzey Mərkəzinin direktoru Liana Vəzirovanın işdən çıxarılmasının səbəbi məlum olub  |     22:03 Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək  |     21:57 Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib  |     21:52 Bakıda mənzillər 11 %-dən çox bahalaşıb  |     21:45 Bako Sahakyandan etiraf: Silahlar Ermənistandan gəlirdi  |     21:39 Gəncədə məktəbli bıçaqlanıb  |     21:34 Bakının 5 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb  |     21:27 Sabah Kəngərlinin bir hissəsində 3 saat işıq olmayacaq  |     21:22 Lukaşenko yeni hökumət başçısını təyin edib  |     21:16 Peşəkar Çövkən Liqasında yeni mövsümə sabah start veriləcək  |     21:11 Omskın iş adamları Bakıya səfər edəcək  |     21:06 Ermənistan MTX-nın keçmiş əməkdaşı ev dustaqlığına buraxılıb  |     21:00 Sabah 22 dərəcə isti olacaq  |     20:53 Azad olunan ərazilərdə daha 138 mina aşkarlanıb  |    

​Azərbaycanlı oliqarxın şəxsi təyyarəsini ABŞ-da müsadirə etmək istədilər – “DƏRHAL 20 MİLYON DOLLAR ÖDƏDİM”

ABŞ Maliyyə Nazirliyinin bu ilin fevralında tərtib etdiyi “Kreml məruzəsi”ində yer alan azərbaycanlı milyarder-oliqarx Araz Ağalarov şəxsi təyyarəsinin müsadirə olunacağı haqda xəbərdarlıq aldığını açıqlayıb.

Median.Az xəbər verir ki, biznesmen, “Crocus Group” şirkətlər qrupunun sahibi bu haqda RBC-ya müsahibəsində danışıb. Ağalarov deyib ki, həmin siyahı açıqlanandan sonra Amerika bankı onun "Gulfstream G500" təyyarəsini müsadirə etmək istəyib.

“ABŞ Maliyyə Nazirliyinin “Kreml məruzəsi”inə daxil edilməyiniz biznesinizə necə təsir göstərdi?” –deyə müxbir Ağalarovdan soruşub.
“Biz qərb bankları ilə işləmirik. Yeganə sual meydana çıxdı: mənim təyyarəm Amerikanın “Stonebriar Commercial Finance” bankında kreditə görə girov qoyulmuşdu. Onlar dərhal bildirdilər ki, ya borcunuzu bağlayırsınız, ya təyyarənizi müsadirə edirik. Biz borcu bağladıq, məcbur olduq 20 milyon dollarlıq borcu öz pullarımızla bağlayaq”-biznesmen bildirib.

Ağalarov deyib ki, “Kreml məruzəsi” bu cür birbaşa məhdudiyyətləri nəzərdə tutmurdu. “Fikrimcə banka belə göstəriş verilmişdi”-o əlavə edib.

Biznesmen “Crocus Group”un əsas kreditorunun “Sberbank” olduğunu deyib. Bildirib ki, hazırda şirkətin kredit yükü 1.85 milyard dollardır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 556 09.04.18 21:34