Rusiyada prezident seçkisinin nəticələri müzakirə edildiyi bir zamanda dünya mətbuatında Vanqanın bu ölkə ilə bağlı proqnozu ortaya atılıb.
Median.az xəbər verir ki, indiyə qədər açıqlanmadığı deyilən bu proqnozu Vanqanın 1979-cu ildə rus yazar Valentin Sidorovla müsahibəsində dediyi bildirilir. İddialara görə, Vanqa həmin görüşdə "Dünyanın hökmdarı Rusiya olacaq. Rusiyanın qarşısını heç kəs ala bilməyəcək” kimi ifadələr işlədib. Hətta xəbərlərdə Vanqanın Putinin adını çəkdiyi də iddia olunur: "Hər ey buz kimi əriyəcək. Arxada ancaq əl dəyməmiş olan Vladimir əzəməti, Rusiyann əzəməti qalacaq". Burada Vanqanın adını çəkdiyi Vladimirin prezident Putin olduğu təxmin edilir.
Qeyd edək ki, Vanqanın 2018-ci il üçün öncəgörümlərində daha 2 pronoz var. İlk təxmin Çinlə bağlıdır və Vanqa bu il bu ölkənin ABŞ-ı keçərək yüni supergüc olacağının proqnozunu verib. İkinci təxmin is kosmosla bağlıdır. Belə ki, Vanqa 2018-ci ildə Venera ilə bağlı bir prosesdən söz açıb və orada yeni bir enerji formulunun tapılacağını deyib.