Madriddə seneqallı küçə alverçisi Mmamme Mbaqenin ölümü, İspaniya paytaxtını iğtişaş meydanına çevirib. Şəhərdə miqrantlarla asayış keşikçiləri arasında güclü qarşıdurma yaşanıb.
Oxu.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Etiraz aksiyasının iştirakçıları küçələrdə zibil yeşiklərini yandıraraq, polis əməkdaşlarının üzərinə daş və sərt əşyalar atıb. Asayış keşikçiləri rezin güllələrlə qarşılıq verib.
Toqquşmalarda azı 20 nəfərin yaralandığı xəbər verilir.
Hüquq mühafizə orqanları Mbaqenin şəhər küçələrindən birində huşsuz vəziyyətdə aşkarlandığını bildirib. Ona göstərilən ilkin tibbi yardım heç bir nəticə verməyib.
Həmkarları iddia edir ki, huşunu itirməzdən əvvəl motosikletli polis əməkdaşları tərəfindən təqib olunub.
İnsidentlə bağlı istintaq aparılır.