ABŞ prezidenti Donald Trampın böyük oğlu Donald Tramp boşanıb.
Median.az xəbər verir ki, oğul Donald 13 illik arvadı Vanessa Tramp tərəfindən məhkəməyə verilib. Cütlük ilk prosesdəcə boşanıb.
13 illik cütlük birlikdə verdikləri açıqlamada yollarını ayırmaq qərarına gəldiklərini bildiriblər:
“Bir-birimizə və ailələrimizə hər zaman hörmətlə yanaşacağıq”.
Ehtimal edilir ki, oğul Donaldın həm siyasətdə, həm də şirkətlərdə aktiv fəaliyyəti və arvadını tək buraxması boşanmaya əsas səbəblərdən biridir.