Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı uğurla davam edir.
Median.az bildirir ki, Suriyanın Afrin bölgəsindəki əməliyyatın 55-ci günüdür.
Son xəbərlərə görə, Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun (ASO) döyüşçüləri Afrinin 400 metrliyinə çatıblar.
Şəhərin ətrafındakı hakim təpələrin hamısıa nəzarət əldə olunub. Mabadlı, Kafer Çil, Birka, Alicaro, Hamoraco, Korzlu, Çakur, Naz, Zerkanlı və Balal kəndləri terrorçulardan tamamən təmizlənib.
"Zeytun budağı" əməliyyatı başlanandan bəri zərərsizləşdirilən terrorçuların sayı 3525 nəfərə çatıb.
Afrində isə şəhəri tərk etməyə çalışan dinc sakinlərlə kürdlərin YPG və PYD terror təşkilatlarının mənsubları arasında qarşıdurmalar davam edir.