Kolleksiyaçı Nik Myad SSRİ dövründə ruslar tərəfindən istehsal edilən tank alıb.
Median.az - ın Metbuat.az-a istinadən verdiyi məlumata görə, o sıradan çıxmış zirehli texnika üçün 30 min sterlinq ödəyib. Lakin 55 yaşlı şəxs tankın yanacaq çəninə baxanda gözlərinə inanmayıb. Çənin içində hər birinin ağırlığı 5 kq olan 5 qızıl külçə tapıb.
Onların ümumi dəyəri 2,3 milyon avrodur. Xəzinənin Körfəz müharibəsi dövründə Küveytdə döyüşən iraqlı əsgərlər tərəfində saxlanıldığı güman edilir.