Rusiya 2019-cu ildə Marsın tədqiq olunması ilə bağlı missiyanı işə salacaq.
Median.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Biz uzaq kosmosun tədqiq olunması və ay proqramı, daha sonra isə Marsın tədqiq olunması üçün ilk əvvəl pilotsuz, gələcəkdə isə pilotlu buraxılışlar həyata keçirəcəyik. Bu, çox yaxın zamanda baş verəcək. 2019-cu ildə Mars istiqamətində missiya göndərməyə hazırlaşırıq”, - deyə Rusiya lideri Andrey Kondraşovun sənədli filminin ikinci hissəsində bildirib.
2020-cı ildə isə “Roskosmos” Avropa kosmik agentliyi ilə müştərək olaraq Mars missiyasının ikinci mərhələsini gerçəkləşdirməyi planlaşdırır. Qırmızı planetin səthinə eniş platforması ilə təchiz olunmuş desant modulu və roverinin göndərilməsi nəzərdə tutulur.