"Başran Holdinq"in sahibi Hüseyin Başaranın qızı Mina Başaranın Dubaydan İstanbula qayıdarkən özəl təyyarələrinin İranda qəzaya uğraması nəticəsində 7 rəfiqəsi və 3 ekipaj üzvü ilə birgə həlak olduğu faciəylə bağlı yeni detal ortaya çıxıb.
Milli.Az CNN-ə istinadən xəbər verir ki, Mina Başaranın Dubayda təşkil etdiyi subaylığa vida partisinə daha 3 nəfəri dəvət etdiyi məlum olub.
Ancaq o şəxslərdən kimisinin son anda işi çıxdığı üçün, kimisinin də təyyarə fobiyası olduğundan son anda Dubaya getməkdən imtina etdikləri ortaya çıxıb.
Burcu Delibalta yaxın rəfiqəsi Mina Başaranın Dubay dəvətini "Təyyərə qorxum var" deyərək qəbul etməyib. Qəza xəbərini alan Delibalta xəstəxanalıq olub.
İşi çıxdığı üçün son anda səfərə qatılamayan digər isim isə Selen Somerdir. O da bu faciə xəbərini eşitdiyi zaman şok keçirib. Dəvəti qəbul edə bilməyən üçüncü qız isə Sevgi Akyol olub.
14 apreldə Murat Gezer ilə toyu təyin edilən Başaran iki həftə öncə gəlinliyini almaq üçün qəzaya uğrayan özəl təyyarə ilə Parisə gedib. Həmin gəlinlik Başaranın otağında asılı qalıb.