İranın Baxtiyariya əyalətinin sakinləri Başaran ailəsinin icazə verdiyi halda təyyarə qəzasında ölən 11 nəfərin xatirəsinə abidə qoymaq istədiklərini bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, sakinlər türkiyəli ailələrin qaldığı hotelə gələrək hadisədən kədərləndiklərini və dostluq adına bu addımı atmaq istədiklərini bildiriblər.
Qeyd edək ki, martın 11-də sözügedən ailəyə məxsus təyyarə İranın cənubunda qəzaya uğrayıb. Qəza nəticəsində biznesmen Hüseyn Başaranın qızı Minə Başaran da daxil olmaqla sərnişinlərin hamısı dünyasını dəyişib.