ABŞ-ın Alabama ştatında içərisində 52 məktəblinin olduğu turist avtobusu dərəyə yuvarlanıb.
Median.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 20-yə yaxın şəxs xəsarət alıb.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Qeyd olunur ki, avtobus Hyuston şəhərindən məktəbliləri ekskursiyadan gətirirmiş.