İranda qəzaya uğrayan Türkiyəyə məxsus özəl sərnişin təyyarəsində dünyasını dəyişən iş adamının qızı Mina Başaran ilə olan fotosuna görə sosial şəbəkədə öldüyü iddia edilən pilot Elif Ulusoy danışıb.
Median.Az Haberler-ə istinadən xəbər verir ki, qadın pilotun 2 həftə öncə işdən qovulduğu ortaya çıxıb.
Mina Başaran ilə bir müddət əvvəl çəkdikləri bir fotonun sosial şəbəkədə yayılmasından sonra telefonlarının susmadığını söyləyən Ulusoy tanışlarını sağ olduğu barədə inandırmağa çalışdığını deyib.
Ulusoyun qəzaya uğrayan təyyarənin məxsus olduğu “Başaran Holding”dəki işindən iki həftə öncə çıxarıldığı məlum olub. Əgər pilot Ulusoy işdən çıxarılmasaydı, böyük ehtimalla o da qəzaya uğrayan təyyarədə olacaqdı.