Jurnalistlər canlı yayımda əlbəyaxa oldular – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |     20:53 ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi  |     20:41 Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı  |     20:33 Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı  |     20:27 TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib  |     20:19 Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib  |     20:13 Dəməşqdə komendant saatı ləğv edilib  |     20:04 Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib  |     19:59 Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb  |    

Jurnalistlər canlı yayımda əlbəyaxa oldular – VİDEO

Jurnalistlər Maksim Şevçenko və Nikolay Svanidze “Komsomolskaya Pravda” radiosunun canlı efirində dalaşıb. Müzakirələr zamanı Stalinin İkinci Dünya Müharibəsindəki rolu ilə bağlı tərəflərin sözü çəp gəlib.

Hadisənin videogörüntüsü radiostansiyanın “YouTube” kanalına yerləşdirilib.

“O, Hitlerlə ölkəni faciəvi şəkildə müharibəyə sürüklədi. 41-ci ilin sonuna alman əsirliyində artıq 3.8 milyon nəfər həmvətənimiz var idi”, – deyə Svanidze “Radiorubrika” proqramındakı Stalin barədə şərhində bildirib.

“Fransadan fərqli olaraq, Sovet İttifaqı diz çöküb almanlara yaltaqlanmırdı. Sovet İttifaqı savaşırdı”, – deyə Şevçenko etiraz edib. O, opponentinin “Moskva yaxınlığında həlak olanların məzarlarına tüpürdüyünü” diqqətə çatdırıb.

Svanidze sovet xalqının savaşdığını, Stalinin məsələyə aidiyyəti olmadığını bildirib. Bundan sonra həmkarı onu “demaqoq” adlandırıb və jurnalistlər arasında sözlü dava düşüb. Svanidze Şevçenkonun üstünə şığıyaraq üzündən zərbə endirib. Radio əməkdaşları onları ayırsa da, verilişi yarımçıq dayandırmalı olublar.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 642 31.01.18 12:36