Tbilisidə metronun “Varketili” stansiyasında tavanın bir hissəsi çöküb.
Median.Az APA-nın Gürcüstan bürosuna istinadən məlumatına əsasən, nəticədə 3 sərnişin xəsarət alıb.
Qəza səbəbindən sərnişinlər stansiyanı tərk edə bilmir.
Hadisə yerinə polis və xilasedicilər cəlb olunub. Hazırda sərnişinlər stansiyadan təxliyə olunur.
Qeyd edək ki, “Varketili” metro stansiyasının təmiri və yenidən qurulması ötən ilin sentyabrında başa çatıb.