Tacikistanda ər-arvadın xəyanətə görə cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxıla bilər.
Oxu.az xəbər verir ki, bu barədə Tacikistanın baş prokuroru Yusuf Raxmon mətbuat konfransında KİV nümayəndələrinin sualına cavabında bildirib.
Jurnalistlərdən biri ölkədə son zamanlar qısqanclıq zəmində qətl hadisələrinin çoxaldığını bildirib və xəyanatə görə cəzanı nəzərdə tutan qanunvericiliyə ehtiyac olduğunu vurğulayıb.
Xatırladaq ki, oktyabrın əvvəlində Tacikistanda qətl törətməkdə şübhəli bilinən 56 yaşlı Çorboq kənd sakini hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
Şübhəli fərdi təsərrüfatla məşğul olan 40 yaşlı keçmiş həyat yoldaşının iş yerinə gələrək, ona qısqanclıq zəminində 19 bıçaq xəsarəti yetirib.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hüquq-mühafizə orqanları əməkdaşları qətl törətməkdə şübhəli bilinən 51 yaşlı Tursunzadə şəhər sakinini saxlayıb.
Şübhəli sentyabrın 26-da, içkili vəziyyətdə 50 yaşlı keçmiş həyat yoldaşının evinə gəlib. Onların arasında mübahisə düşüb. Şübhəli qadının qarın boşluğuna bıçaq xəsarəti yetirərək hadisə yerini tərk edib.