Yapon dənizində itkin düşmüş Rusiyaya məxsus “Vostok” balıqçı gəmisinin göyərtəsində olan azərbaycanlıların adları məlum olub.
Oxu.az-ın Primamedia.ru saytına istinadən xəbərinə görə, göyərtədə iki Azərbaycan vətəndaşının olduğu ehtimal edilir.
1991-cü il təvəllüdlü Ruslan Əlizadə və 1972-ci il təvəllüdlü Mübariz Hüseynovun adı itkin düşənlərin siyahısında yer alıb.
* * * * *
Yapon dənizində göyərtəsində 21 nəfər olan “Vostok” balıqçı gəmisi ilə rabitə kəsilib. Gəminin göyərtəsində Rusiya, Moldova, Ukrayna və Azərbaycan vətəndaşlarının olduğu bildirilir.
Bu barədə “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsinə istinadən xəbər verir.
Qəza radio-siqnalının ötürüldüyü yerə sahil mühafizə xidmətinin gəmisi, xilasedici-yedəkçi gəmi və BE-200 təyyarəsi göndərilib.
Axtarışlar hələlik bir nəticə verməyib.