Rusiyada azərbaycanlılara hücuma görə həbslər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Meksika körfəzində delfinlərin bədənində narkotik tapıldı  |     22:55 Sosial şəbəkələr çökdü  |     22:49 Samuxda yanğın: Yeddi nəfərlik ailə evsiz qaldı  |     22:26 İrəvandan Bakıya təyyarə uçub - Göyərtədə kimlər olub?  |     21:57 Tbilisidə yenidən aksiya keçirilir  |     21:47 Özbəkistan Mərkəzi Bankının rəhbəri vəzifəsindən azad edilib  |     21:35 Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər  |     21:26 Əsəd Suriyadan necə qaçıb? - Detallar açıqlandı  |     21:20 "Bayramqabağı düyü yenidən bahalaşacaq" (AÇIQLAMA)  |     21:13 Bu ərazilərdə böyük söküntü olacaq - Tarix və kompensasiya  |     21:05 Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı  |     21:00 Gələn ildən sığorta hissəsi 9% yüksələcək pensiyalar neçə manat artacaq? - VİDEO  |     20:53 ABŞ Ukrayna F-16-larına xidmət üzrə $265 milyonluq müqaviləni təsdiqlədi  |     20:41 Azərbaycan boksçusu 50 min dollar mükafat qazandı  |     20:33 Atakama xəndəyində yeni dərin dəniz yırtıcısı tapıldı  |     20:27 TƏBİB Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı açıqlama verib  |     20:19 Putin Mirziyoyev ilə Suriya və Ukraynanı müzakirə edib  |     20:13 Dəməşqdə komendant saatı ləğv edilib  |     20:04 Bakıda liposaksiya etmək istəyən qadının ölümünə görə həkim cinayət məsuliyyətinə cəlb edilib  |     19:59 Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmədə: Mərkəzi Gömrük Hospitalına 245 min 265 manat borc qalıb  |    

Rusiyada azərbaycanlılara hücuma görə həbslər

Rusiyanın hüquq-mühafizə orqanları Volqoqradın cənubunda silahlı hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb. Onlardan ikisi müvəqqəti təcrid etmə mərkəzinə yerləşdirilib, üçüncü şübhəli polis nəzarəti altında xəstəxanada müalicə olunur.

Oxu.az xəbər verir ki, bu barədə TASS cümə günü regionun güc strukturlarında çalışan mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl yayılan xəbərə görə, cümə axşamı Moskva vaxtı ilə axşam saat 19:00 radələrində Volqoqradın Krasnoarmeysk rayonunda yerləşən kafelərdən birinin yaxınlığında silahlı hücum (odlu və soyuq silahların tətbiq ilə) baş verib. Nəticədə bir nəfər həlak olub, üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt üzrə cinayət işi açılıb.

“Əməliyyat-axtarış tədbirləri nəticəsində və şəhərdə həyata keçirilən “Perexvat” planı nəticəsində  şübhəlilərin minərək hadisə yerini tərk etdiyi “İnfiniti” və “Lada Priora” markalı  avtomobillər  aşkarlanaraq-saxlanılıb. Ümumilikdə üç şübhəli saxlanılıb – onlardan biri polis nəzarəti altında xəstəxanada müalicə alır, digər iki şübhəli müvəqqəti təcridxanaya yerləşdirilib”, - deyə agentliyin müsahibi bildirib.

Bölgənin istintaq idarəsi, saxlanılan şübhəlilərlə bağlı rəsmi qaydada ətraflı məlumatların bir qədər sonra ictimaiyyətə çatdırılacağını bildirib.

Volqoqrad diyar administrasiyasının səhiyyə komitəsindən verilən xəbərə görə, insident nəticəsində xəsarət alanlar hələ də xəstəxanadan buraxılmayıb. Əvvəl hər üç zərərçəkənin ağır vəziyyətdə olduğu bildirilsə də, hazırda onlardan birinin vəziyyəti orta-kafi qiymətləndirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 014 19.01.18 14:14