Türkiyənin Muş və Bingöl əyalətləri arasındakı Solhan rayonu ərazisində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində altı nəfər ölüb, 20 yaralı var.
Oxu.Az Haber7-yə istinadla bildirir ki, qəza Muş-Solhan avtomobil yolunda baş verib.
Qəzanın səbəbi hələlik bəlli deyil. Yaralılar Solhandakı xəstəxanalara çatdırılıb.