“Xattab” ləqəbli terrorçu zəhərli məktubla öldürülüb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edib  |     22:48 Ukrayna səfiri Slovakiya XİN-ə çağırılıb  |     22:41 Qobustanda kişi tövlədə özünü ASDI  |     22:34 Xalq artisti Fatma Mahmudova insult keçirib  |     22:20 Fərid Qayıbov Samir Şərifovun müavini oldu  |     21:57 Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb  |     21:53 AŞPA Gürcüstan hakimiyyətindən yeni parlament seçkiləri keçirilməsini tələb edib  |     21:10 İsrail BMT-nin qaçqınlarla iş üzrə agentliyinin ölkədəki fəaliyyətini dayandırır  |     21:10 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |     20:46 Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi  |     20:17 Fatma Mahmudova xəstəxanaya YERLƏŞDİRİLDİ  |     19:55 Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA  |     19:44 Ukraynaya 12-ci hərbi yardım paketi ayrılacaq  |     19:31 Bakıda 75 yaşlı kişiyə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb  |     19:19 Universitet müəllimi vəfat etdi  |     19:10 Fransada "Binance"a qarşı çirkli pulların yuyulması iddiası qaldırıldı  |     19:09 “Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib  |     19:08 Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb  |     19:07 Qırğızıstanda ilk ekoloji təmiz şəhər inşa ediləcək  |     19:05 709 azərbaycanlı qeyri-qanuni miqrant ABŞ-dən deportasiya olunacaq  |    

“Xattab” ləqəbli terrorçu zəhərli məktubla öldürülüb

Beynəlxalq səviyyədə axtarışda olan “Xattab” ləqəbli terrorçu Çeçenistanda zəhərlənərək öldürülüb.

Oxu.az bildirir ki, bu barədə “Rosbalt” agentliyi hadisə ilə birbaşa əlaqəsi olan mənbəyə istinadən məlumat yayıb.

Terrorçu mütəmadi olaraq qaldığı yeri dəyişdirdiyindən və rabitə vasitələrinə etibar etmədiyindən uzun müddət onu zərərsizləşdirmək mümkün olmayıb. Ətrafdan özünü təcrid edən “Xattab” ona lazım olan şəxslərlə yalnız məktub vasitəsi ilə əlaqə yaradıb. Məktublar bir-birini əvəz edən çaparlarla ötürüldüyündən xüsusi xidmət orqanları onun izinə düşə bilməyib.

Xüsusi xidmət orqanları Xattab barədə hər hansı məlumata görə mükafat təyin etdikdən sonra çaparlardan biri əməkdaşlıq etməyə razılıq verib. 2002-ci ilin mart ayında o, Səudiyyə Ərəbistanından məktub daxil olduğu barədə xəbər ötürüb və Moskvadan gələn kimyaçı-mütəxəssis həmin məktubu güclü təsirə malik zəhərlə işləyib. Məktub zərfə qoyularaq möhürlə bərkidilib və təyin olunmuş çapar zənciri ilə terrorçuya göndərilib.

Bir müddət sonra Xattabın saxlanılmış cangüdəni istintaqa verdiyi ifadədə onun həmin məktubu qəbul etdiyini, zərfi açıb məktubu oxuduğunu və oxuduqdan sonra ocağın üzərinə ataraq yandırdığını bildirib. Zəhər öz təsirini üçüncü gündə göstərməyə başlayıb; terrorçunun səhhəti kəskin şəkildə pisləşib, ağzından köpük gəlib və martın 20-də dünyasını dəyişib.

Əvvəl Xattabın əhatəsi onun ölümündə xüsusi xidmət orqanlarının əlinin olduğundan şübhələnməyib, onun bir gün əvvəl yediyi qızardılmış göbələkdən öldüyünü düşünüb. Habelə, sonradan zərflə təmasda olan daha beş nəfər oxşar əlamətlərlə öldükdən sonra suiqəsd planının üstü açılıb.

Qeyd edək ki, yanvarın 3-də “Rosbalt” Xattabın ölümündən sonra Çeçenistanda yaraqlılara pul ayıran ərəb terrorçu Əbu Əl-Validinin qətlinin təfərrüatları barədə məlumat verib.

Yayılan məlumata görə, Əl-Valid 16 aprel 2004-cü ildə Vendensk rayonunda xüsusi təyinatlı “Vostok” bölməsinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 510 08.01.18 11:33