Suriyanın yeni hökuməti İsraillə həmsərhəd bölgə olan Colan təpələrində təhlükəsizliyi təmin etmək üçün Türkiyədən kömək istəyib.
Median.Az bu barədə "Türkiye" nəşrinə istinadən xəbər verib.
Mənbə iddia edir ki, Suriya prezidenti vəzifəsini icra edən Əhməd əş-Şaraanın (Culani) administrasiyası İsraillə sərhəddə təhlükəsizliyi təmin etmək üçün Ankaradan PUA, əlavə radar və elektron döyüş sistemləri, həmçinin hava hücumundan müdafiə sistemləri istəyib.
Qəzet yazır ki, artıq yaxın günlərdə Türkiyədən Suriyaya PUA-ların ilk tədarükü baş tutacaq.