Yeni Zelandiyada dağa hüquqi şəxs statusu verildi: İnsanlar kimi imtiyazları olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:05 Bakıda su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı  |     15:52 Myanmada dörd il davam edən fövqəladə vəziyyət rejimi yenə uzadıldı  |     15:40 Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər  |     15:17 Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"  |     15:10 Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)  |     14:57 Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri bu axşam Bakıya gələcək  |     14:54 Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı - VİDEO  |     14:41 İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....  |     14:29 DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO  |     13:45 Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu  |     13:30 İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı  |     13:10 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər  |     13:00 Əli Əsədov Almatıda beynəlxalq forumda iştirak edir  |     12:57 Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     12:54 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     12:52 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi  |     12:52 Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb  |     12:49 UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib  |     12:47 Plastik cərrahlara verilən vaxt başa çatır - SON GÜNDÜR  |     12:45 "Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi: Qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |    

Yeni Zelandiyada dağa hüquqi şəxs statusu verildi: İnsanlar kimi imtiyazları olacaq

Yeni Zelandiyada yerli Maori xalqı üçün müqəddəs sayılan və əcdadı hesab edilən Taranaki dağına yeni qanunla hüquqi şəxs statusu verilib.

Bu barədə Median.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, bununla da Taranaki bir insanın sahib olduğu bütün hüquq və vəzifələrə sahib olacaq.

Parlamentin yekdilliklə təsdiq etdiyi qanunla Taranaki dağının zirvəsinə yerli xalqın istifadə etdiyi ifadələrdən olan "Taranaki Maunqa" adının verilməsi qərara alınıb.

Qeyd edilib ki, qanun həmçinin 19-cu əsrdə ingilislərin ölkəni müstəmləkəyə çevirməsindən sonra dağın maorilərdən oğurlandığını qəbul edir.

Qanuna görə, Taranaki ətrafdakı təpələri və torpaqları ilə bütün fiziki və metafizik elementləri ilə canlı və bölünməz bir bütöv olaraq görülür.

Yeni Zelandiyanın mədəniyyət, incəsənət və tarixi irs naziri Pol Qoldsmit parlamentdə çıxışı zamanı dağın üstünlüklərindən danışıb.

"Dağ uzun zamandır şərəfli bir əcdad, fiziki, mədəni və mənəvi qida mənbəyi və son istirahət yeri olub", - deyə o bildirib.

"Bu gün Taranaki ədalətsizlik, cəhalət və nifrət buxovlarından azad oldu", - deyə "Te Pati Maori" Partiyasının həmsədri Debbi Nqareva-Pakker qanunun parlamentdən keçməsindən sonra qeyd edib.

Bildirək ki, qarla örtülmüş sönmüş vulkanik dağ olan və 2 518 metr hündürlüyündəki Taranaki turizm, yürüş idmanı və qar idmanı üçün məşhur yerlərdəndir.

Qeyd edək ki, Yeni Zelandiyada daha əvvəl də çaylardan biri və müqəddəs sayılan torpaq parçası ilə bağlı oxşar qərar alınmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 31.01.25 12:25