Plastik cərrahlara verilən vaxt başa çatır - SON GÜNDÜR » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:52 Myanmada dörd il davam edən fövqəladə vəziyyət rejimi yenə uzadıldı  |     15:40 Parkda ər-arvadı döyənlərin işi: Özlərini polis kimi təqdim edib, nikah şəhadətnaməsi istəyiblər  |     15:17 Mariya Zaxarova: "Ermənistan Aİİ-dən çıxacağı təqdirdə ixracı 80% azalacaq"  |     15:10 Ağcabədiyə atası evinə qonaq gəlmişdi, partlayışda iki uşağını itirdi - VİDEO (YENİLƏNİB)  |     14:57 Türkiyənin Azərbaycana təyin olunan yeni səfiri bu axşam Bakıya gələcək  |     14:54 Polis Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarladı - VİDEO  |     14:41 İnsult keçirən Nazimlə bağlı yeni fakt: Bir müddət öncə böyrək köçürülübmuş....  |     14:29 DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər - VİDEO  |     13:45 Sevgilisinin üzünə turşu tökən qadın məhkəmə zalında həbs olundu  |     13:30 İsrail HƏMAS-la döyüşlərdə həyatını itirən hərbçilərinin sayını açıqladı  |     13:10 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025"də yüksək peşəkarlıq nümayiş etdirirlər  |     13:00 Əli Əsədov Almatıda beynəlxalq forumda iştirak edir  |     12:57 Yol polisindən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     12:54 Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var  |     12:52 Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi  |     12:52 Xaçmazda evdə siqaret çəkən kişi yanaraq ölüb  |     12:49 UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib  |     12:47 Plastik cərrahlara verilən vaxt başa çatır - SON GÜNDÜR  |     12:45 "Baku Bus"ın sürücüsü sükan arxasında infarkt keçirdi: Qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ (VİDEO)  |     12:43 Faytonçu Nazim xəstəxanaya yerləşdirildi  |    

Plastik cərrahlara verilən vaxt başa çatır - SON GÜNDÜR

Bu gün plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün son gündür.

Praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanuna uyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) yanvarın 31-dək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməli idilər.

Sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.

Xatırladaq ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının müəyyənləşdirilməsi məqsədilə səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            135 31.01.25 12:47